İslam İnqilabının Aliməqamlı Rəhbəri bu günlər bazardakı bəzi iş idamlarının etirazının ardınca ölkənin müxtəlif yerlərində törədilən iğtişaşlara münasibət bildirib.
Ayətullah Xamenei şəhid ailələrindən bir qrupu ilə görüşdə buyurub: "Bazar əhli və iş adamları ölkənin ölkə valyutasının devalvasiyasına və xarici valyutanın qiymətinin qalxmasına etiraz etdi. Onlar biznes mühitinin qeyri-sabit olmasına baxanda deyir "Mən bizneslə məşğul ola bilmərəm". O, həqiqəti deyir. Ölkə rəsmiləri bunu qəbul edir. Bu səbəbdən də etiraz etmək düzgündür, amma etiraz etmək iğtişaş yaratmaqdan fərqlidir. Biz etirazçılarla danışırıq".
O Həzrətin sözlərinə görə, ölkə rəsmiləri etirazçılarla oturub danışmalıdırlar lakin iğtişaşçılar ilə danışığın heç bir mənası yoxdur. İğtişaşçıları yerlərində oturtmaq lazımdır.
"Bir qrup insanın ölkəni dağıtmaq və təxribat törətmək niyyəti ilə müxtəlif adlar altında, mömin, düzgün və inqilabçı satıcıların arxasında durması, etirazlarından sui-istifadə etməsi və iğtişaş törətməsi, tamamilə qəbuledilməzdir", - deyə Aliməqamlı Rəhbər vurğulayıb.
İnqilab Rəhbəri qeyd edib ki, düşmənin planı tanınmalıdır. Düşmən sakit oturmur, hər fürsətdən istifadə edir. Onlar burada bir fürsət gördülər və bundan yararlanmaq istədilər. Əlbəttə ki, rəsmilərimiz meydanda olublar və olacaqlar; vacib olan da xalqın milli mənafeyidir.
"Etiraz normaldır, iğtişaş isə qəbuledilməz"