Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev də azadlığa buraxılıb

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktı çərçivəsində azadlığa buraxılıb.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.