20-dən artıq inanclıya Amnistiya şamil edilərək azadlığa buraxılıb

Amnistiya aktı çərçivəsində 20-dən artıq dindar həbsdən azad edilib.

Onların arasında məddah Samir Salam, Ustad Ruhani Siyasət Bağırov, Hacı Maarif Ağayev, İmran Ələsgərov, Ramil Cəbiyev, Mehman Fətəliyev, İsmayıl İsmayılov, Vüqar Məmmədov, Bəhruz Quliyev, Afiq Qurbanov, Amal Əhmədli, Bəhruz Kərimov, Hilal Əsədov, Ceyhun İlyasov, Bəxtiyar Babaşov, Ümidvar Yaqubov, Aydın Əliyev, Rza Rzayev, Yasin Əhmədov, Ülvi Əliyev, Məhərrəm Ələsgərov, Ziya Tahirov, Rizvan Rəhimov, Vəlixan İsmxan və sairləri yer alır.

Qeyd edək ki, adıçəkilən şəxslər əsasən narkotik ittihamı ilə şərlənərək həbs edilmişdilər.

Son amnistiya aktının ümumilikdə həbsxanalarda olan minlərlə məhkuma şamil ediləcəyi bildirilir ki, onları təsir dairəsində təxminən 17 000 nəfər əhatə edəcək.