2023-cü il aprelin 8-də saxlanılaraq barəsində saxta narkotik ittihamı irəli sürülən siyasi məhbus Rizvan Rəhimov azadlığa çıxıb. O, məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Rizvan Rəhimov dekabrın 23-də cəzasını çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Xatırladaq ki, dekabrın 22-dən icrasına başlanılan amnistiya aktı çərçivəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad edilir və ya cəzalarının çəkilməmiş hissəsi azaldılır.
Sayları 6-ya çatan daha bir MBH üzvü azadlığa buraxıldı