ABŞ Konqresi İmamoğlunun azadlığa buraxılmasını tələb edir

Demokrat ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin Konqresdəki çıxışında 2025-ci ilin mart ayından bəri saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin meri Əkrəm İmamoğlunun vəziyyətini tənqid edib. Raskin həbsi demokratiyaya və qanunun aliliyinə zidd adlandırıb və İmamoğlunun dərhal azadlığa buraxılmasını tələb edib.

Raskin həmçinin İmamoğlunun diplomunun ləğvini, ailəsinin şirkətinin müsadirəsini və sosial media hesabının dayandırılmasını tənqid edib və ABŞ Konqresinin prosesi yaxından izlədiyini vurğulayıb.