Gürcüstandakı müxalif lider 7 aylıq həbsdən sonra azadlığa çıxıb

Müxalif “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Zurab “Girçi” Caparidze 7 aylıq həbsdən sonra Rustavi həbsxanasını bu gün səhər saatlarında tərk edib.

Bu barədə məlumat müxalif liderin "Facebook" səhifəsində paylaşılıb.

Məlumatda deyilir:

“Zurab Caparidze azaddır! Penitensiar Xidmət onu nəzərdə tutulmuş vaxtdan əvvəl azad edib və o, artıq Rustavi həbsxanasını tərk edib”.

Qeyd edək ki, Zurab “Girçi” Caparidze mayın 22-də məhkəmə iclas zalında saxlanılıb. O, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılmışdı, lakin iclasa qatılmamışdı. Caparidzeyə Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi”ni nəzərdə tutur.