DTX Əli Kərimlinin qaynı Elnur Seyidovun evində axtarış aparıb

AXCP sədri Əli Kərimlinin qaynı, keçmiş siyasi məhbus Elnur Seyidovun evində axtarış aparılıb.
Bu barədə Azadlıq qəzeti məlumat yayılıb.
Seyidovun evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış olunub və ona məxsus telefon müsadirə edilib.
Baş verənlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Elnur Seyidov 2012-ci il martın 27-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi.
O, keçmiş “Texnikabank”ın Yasamal şöbəsinin müdir müavini olub. Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Əli Kərimli noyabrın 29-da saxlanılıb.
Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.
Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.