“Fakt Yoxla” deputat Ceyhun Məmmədovun “Azərbaycanda dini sahədə ayrı-seçkilik yoxdur” fikirini yalanladı

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini sahədə ayrı-seçkilik yoxdur və ölkədə dini dözümlülük yüksək səviyyədədir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Beynəlxalq hesabatlar:

-ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2025-ci il hesabatında Azərbaycan hökumətinin dini azadlıqlarla bağlı pozuntulara yol verdiyi qeyd olunub.

-Ölkə “Xüsusi Nəzarət Siyahısı”na daxil edilib.

-Hesabatda bəzi şiə fəalların İranla əlaqə iddiaları ilə saxlanıldığı, işgəncə və qeyri-insani rəftara məruz qaldıqları bildirilir.

Qanunvericiliklə bağlı məqamlar:

-“Dini etiqad azadlığı haqqında” qanun dini icmalar üçün qeydiyyat şərtləri və digər məhdudiyyətlər nəzərdə tutur.

-Müsəlman dini liderlər yalnız dövlətin razılığı ilə təyin olunur; qeyri-müsəlman icmalar üçün bu tələblər tətbiq edilmir.

-Xaricdə dini təhsil almış şəxslərin ayin icra etməsi yalnız müəyyən şərtlərlə mümkündür.

Həbslər:

-Yerli hüquq müdafiə təşkilatlarının məlumatına görə, 2024-cü ilə kimi 241 dindar siyasi məhbus kimi qeydə alınıb.

-2023-cü ildə İranla münasibətlərin gərginləşməsi fonunda çoxsaylı həbslər və əməliyyatlar keçirilib.

-Vətəndaşların dini mərasimlərdə iştirakına görə də cərimələnmələr baş verib.

Avropa Məhkəməsinin qərarları:

-Bir neçə halda məhkəmə dini azadlıqların pozulduğu qənaətinə gəlib. Məsələn, ilahiyyatçı Sərdar Babayevin həbsi qanunsuz hesab olunub.

Bütün bu faktlar göstərir ki, Azərbaycanda dövlətin dini sahəyə yanaşması qeyri-bərabərdir.“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Ceyhun Məmmədovun iddiası yanlışdır.