Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququna qadağa qoyulduğu deyilir.
Bu barədə A.Məmmədovun sədri olduğu "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasından "Toplum TV"-yə bildirilib.
"İşçi Masası”nın verdiyi məlumata görə, buna səbəb A.Məmmədovun həbsxanada jurnalist Ülviyyə Əliyə verdiyi sonuncu müsahibədir. Fəal müsahibəsində təcridxanada saxlanma şəraitinin olduqca pis olduğunu, xəstə məhbuslar üçün həkim tapılmadığını deyib.
Məlumata görə, müəssisənin əməkdaşı Vüsal Aslanov A.Məmmədovun telefonla danışmasına mane olur, onun qarşısını kəsir və digər məhbusları ona qarşı mübahisəyə təhrik edir. "İşçi Masası" bildirir ki, hazırda A.Məmmədovun vəziyyəti barədə məlumat yoxdur.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.
Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib.
A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
"İşçi Masası”: Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub