Pakistan 2026-cı ildə keçiriləcək illik sammitdə BRİKS-ə üzv ola bilər.
Bu barədə "Business Recorder" qəzeti diplomatik dairələrdəki mənbələrə və ekspert rəylərinə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İslamabadın BRİKS-ə qoşulması üçün danışıqlar aparılır və proses təşkilat daxilində geniş müzakirə olunur. Bu addım Pakistanın beynəlxalq əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, Cənubi Asiya regionunda siyasi və iqtisadi balanslara da təsir göstərə bilər.
Əgər qərar təsdiqlənərsə, Pakistan qrupun ən yeni üzvlərindən biri olacaq.
Pakistan BRİKS-ə qoşula bilər