O, Qəzzədəkı vəziyyəti “qiyamət mənzərəsi” adlandıraraq, BMT üzvü olan ölkələrə müraciət edib ki, sionist rejimə qarşı tam silah sanksiyaları tətbiq etsinlər və İsraillə bütün ticarət, maliyyə və investisiya əlaqələrini dayandırsınlar.
Albaniz çıxışının bir hissəsində “Qəzzə Humanitar Fondunu” “ölümcül bir tələ” adlandırıb və onun məqsədinin “xalqın qətli və ya məcburi köçürülməsi” olduğunu bildirib.
BMT eksperti daha əvvəl də Qəzzədə insan haqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatlar təqdim edərək, Qərbin İsrail rejiminə davam edən hərbi və maliyyə dəstəyini sərt şəkildə tənqid etmişdi.
Onun hesabatı elə bir vaxtda yayılıb ki, Qəzzədə yüz minlərlə sakin hələ də ağır humanitar şəraitdə – kifayət qədər su, ərzaq, dərman və sığınacaqdan məhrum halda yaşayır və insan tələfatı artmaqda davam edir.
BMT-nin eksperti İsrailə qarşı tam silah və ticarət sanksiyalarının tətbiq olunmasını tələb edib
Birləşmiş Millətlər Təşkilatının Fələstinin işğal olunmuş əraziləri üzrə xüsusi müxbiri Fransiska Albaniz Qəzzədə baş verənləri “müasir tarixdəki ən amansız soyqırımlardan biri” kimi adlandırıb, İsrailə qarşı tam silah embarqosu tətbiq edilməsini və bu rejimlə bütün ticarət və investisiya əlaqələrinin dayandırılmasını tələb edib.
Fransiska Albaniz 2025-ci il iyulun 3-də Cenevrədə keçirilən BMT-nin İnsan Hüququ Şurasının iclasında yeni hesabatını təqdim edərək vurğulayıb ki, İsrail rejimi Qəzzə zolağında “müasir dövrün ən amansız soyqırımlarından birinə” cavabdeh olmalıdır.