Trampın bəyanatı əslində İsrailin savaşda uğursuzluğunun etirafıdır

İyunun 13-də İsrailin İrana hücumundan başlanan qarşılıqlı müharibə hər kəsin gözünü Amerikaya dikilərək Qərbin bu savaşda hansı mövqeyi sərgiləyəcəyinə fokslanıb. İsrailin illərdir Fələstin də daxil olmaqla Şərq ölkələri ilə apardığı müharibə şübhəsiz ABŞ-ın dəstəyi altında həyata keçir. Ona görə də İranla bağlı müharibədə də Amerikasız İsrailin buna cürəti ağlabatan görünmür.
Amma Qərbin dünənə qədər bitərəf mövqe sərgiləməsi, əsasən bu savaşa qoşulmama sükutu nəhayət ki, Tramp tərəfindən pozulub. İyunun 17-də paylaşım edən ABŞ rəhbəri İranın təslimiyyət göstərməsinə qədər hədələr səsləndirib.
Bu isə öz növbəsində İsrail haqqında sadə həqiqəti ortaya qoyur. O, İranla mübarizə aparmaq və hədəfinə çatmaq iqtidarında deyil. Əks halda cəmi beş gün sürən bir savaşda “çoxlarının” görmək arzusunda olduğu İsrail nəticəsini az da olsa ortaya qoya bilərdi. Amma gözlənilməz bir dönüş bütün ümidləri alt üst etdi. İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin "İranın raket tutumunun bu qədər güclü olduğunu bilmirdik" söyləməsi İsrailin acizanə duruma düşərək ABŞ-a üz tutmasını sərgiləmiş oldu.
Əlbəttə, buna tutarlı səbəblər də olmamış deyil. İran öz ərazisindən İsrailin əsas hərbi strukturlarına zərbələr endirməsi, işğal olunmuş keçmiş Fələstin torpaqlarını barestik raketlərlə cəhənnəmə çevirməsi məlum addımın İsrail gündəliyində məcburi qeydinə əsas olub.
Eyni halda İslam Respublikası bu nöqtədə Qərbə yönəlik fikirlərini də ləngitməyib. O, Amerikanın bu savaşa tərəf olaraq qoşulacağı halda istənilən hərbi müdaxiləsi mütləq geri dönüşü olmayan itkilərə gətirib çıxaracağı barədə xəbərdarlıq səsləndirib.