"Bu gün dünyada radikal dini qruplar təəssüflər olsun ki, öz ideologiyalarına çirkin don geyindirirlər".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O, islamofobiya meyllərinin təkcə islama qarşı qorxu deyil, həm də ideoloji bir struktur olduğunu diqqətə çatdırıb:
"Bu barədə müxtəlif əsərlərdə nümunələr verilib. İslamın təhrifi ilə bağlı nümunələri təkcə müzakirələrdə yox, akademik əsərlərdə də görürük. Bu gün radikal dini qruplar təəssüflər olsun ki, öz ideologiyalarına çirkin don geyindirirlər. Biz radikal qrupların ideyalarının yayılmasının hər vəchlə qarşısını almalıyıq. Biz xüsusilə də müsəlman ümmətindən danışırıq. Biz həm yəhudi, həm də buddist cəmiyyətlərdə islamofobiyanın təzahürlərini görmüşük. Hesab edirəm ki, hər birimiz bunun qarşısını almalıyıq".
BMTM: Radikal qrupların ideyalarının yayılmasının hər vəchlə qarşısını almalıyıq