Suriyada müstəqil insan haqları təşkilatı bəzi silahlı ünsürlərin ölkənin paytaxtı Dəməşqdəki birinci İmamın Hz Əlinin (ə) qızının Xanım Zeynəbin (s.ə.) hərəminə basqın edərək hərəmin inzibati otaqlarına daxil olduqlarını bildirib.
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) öz internet səhifəsində yazıb ki, silahlı qrup bazar ertəsi ölkənin paytaxtı Dəməşqdə Həzrət Zeynəbin (s.ə) hərəminə basqın ediblər. Silahlı qruplaşmaya rəhbərlik ölkədəki (yeni) hərbi komandanlıqla əməkdaşlıqda ittiham olunan “Vissam Morteza” adlı şəxsə həvalə edilib.
Xəbər mediası daha əvvəl xəbər vermişdi ki, Suriyada təhlükəsizlik qüvvələri ötən həftə çərşənbə günü səhər saatlarında ölkənin şiə dini qurumlarının nümayəndəsi və Zeynəb hərəminin imamı Şeyx Əzim əl-Xətibi oğlu və dostları ilə birlikdə həbs edib və təxminən iki saat sonra sərbəst buraxıblar.
Bunun üzərinə Şeyx əl-Xətib “Suriya Əhli-Beyt İslam Alimləri Komitəsi”nin Facebook hesabında yayımladığı açıqlamada onun həbsinin ölkənin Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirildiyini və azad edildikdən sonra Hz. Zeynəbin (s.ə) məqbərəsindəki kabinetinə qayıtdığını vurğulamışdı.
Ziyarətgahının imamı xalqdan öz vəziyyətləri və Suriyadakı şiələrin vəziyyəti ilə bağlı narahat olmamalarını istəyib və bütün problemlərin ölkədəki yeni hakim rejimlə əməkdaşlıq və koordinasiya yolu ilə həll olunacağını vurğulayıb: “Xüsusi ilə 14 ildir davam edən müharibədən çıxdığımız bu dövrdə bəzi problemlərin həlli mümkün ola bilər”.
Suriyadakı şiə dini idarələrinin nümayəndəsi həmçinin qeyd edib ki, müxtəlif dövlət qurumları ilə Əhli-Beyt (ə) üzvləri və nümayəndələri arasında vahid koordinasiya şiələrə qarşı düşmənçilik kimi qəbul edilə biləcək problemlərin yaranmasının qarşısını alacaq.
Silahlı qrup Xanım Zeynəbin (s.ə) hərəminə hücum edib