Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
Məlumata əsasən, yarışın son günündə həlledici tay-brek qarşılaşmaları keçirilib.
Kişilər arasında finalda Rauf Məmmədov və Şəhriyar Məmmədyarov mübarizə aparıb. İlk iki partiyada qalib müəyyənləşmədiyi üçün şahmatçılar yenidən lövhə arxasına keçiblər. Tay-brekdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq Azərbaycan çempionu olub. Bu, onun altıncı çempionluğudur.
Qadınlar arasında isə Günay Məmmədzadə və Gövhər Beydullayeva çempionluq uğrunda qarşılaşıb. Daha inamlı oyun nümayiş etdirən Məmmədzadə qələbə qazanaraq çempion tituluna yiyələnib. Bürünc medal uğrunda mübarizədə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək mükafatçılar sırasına düşüb.
Az.shafaqna.com
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib