Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Yanvarın 18-də Yol Patrul Xidməti (YPX) İmişlidə ağır-yol nəqliyyat hadisəsi törədib.
Polisin yüksək sürətlə idarə etdiyi xidməti avtomobil məktəbdən gələn 4 şagirdi vurub, onlardan ikisi hadisə yerində keçinib.
ToplumTV
İmişlidə baş vermiş qəzada xəsarət alan azyaşlı bu gecə xəstəxanada ölüb