İran prezidenti Məsud Pezeşkian Rusiya baş naziri Vitali Savalyevlə görüşdə hökumətinin strateji beynəlxalq "Şimal-Cənub" dəhlizinin tikintisini tamamlamaq qətiyyətini təsdiq edib.
İRNA Agentliyinin məlumatında deyilir ki, Pezeşkian Rəşt-Astara dəmiryolu hissəsinin tikintisini "prioritet" adlandırıb. Onun sözlərinə görə, İran Rusiya ilə sazişdə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməyə hazırdır
"İran sazişin şərtlərinə riayət edir və yaxın gələcəkdə Rusiya tərəfin marşrutu çəkməyə və layihənin həyata keçirilməsinə hazırlığa başlamasını gözləyir. Bundan başqa, Pezeşkian İranın yol üçün torpaq sahələri almaq və bütün zəruri sənədləri müəyyən edilmiş müddətdə təqdim etmək planlarını açıqlayıb", deyə məlumatda bildirilir.
Savalyev, öz növbəsində, Pezeşkianı 2025-ci ildə Rusiyaya səfərə dəvət edib. O, həmçinin qeyd edib ki, Rusiya zəruri kredit xəttini təmin edəcək və Azərbaycan hökuməti ilə bu sazişin həyata keçirilməsi üzərində işləyəcək.
Tehran növbəti dəfə "Şimal-Cənub" dəhlizinin öz ölkəsindən keçən hissəsinin tikintisini tamamlamağı vəd edir