Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı saxlanılıb

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının bu gün, dekabrın 8-də saxlanıldığı bildirilir.
Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı məlumat yayıb:
“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bildi və əlaqə kəsildi”
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.
DİN Azər Qasımlının saxlanmasını təsdiqləyib.
Azər Qasımlı ötən ay noyabrın 22-də ölkədən buraxılmadığını və sonrdan Bakı Baş Polis İdarəsinə çağırıldığını açıqlamışdı. O, mövcud olan cinayət işlərlə ilə bağlı şahid qismində dindirildiyini, ancaq detallara vara bilməyəcəyini vurğulamışdı.
Onun açıqlamalarınA Daxili İşlər Nazirliyi hər hansı münasibət bildirməmişdi.
A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır.