KİV: Heyət Təhrir əş-Şam terror təşkilatının lideri öldürülüb

Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən Heyət Təhrir əş-Şam (HTŞ) terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.

Bu barədə bu gün səhər ərəb, İsrail və İran mediası məlumat yayıb.

Qeyd edilib ki, terrorçu Əbu Məhəmməd ə-Culani Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəzsi zamanı öldürülüb.

HTŞ hələ ki, bu barədə məlumatı nə təsdiq, nə də təkzib edib.