İsrailin İordaniyadakı səfirliyinin yanında atəş açan şəxs zərərsizləşdirilib

İsrail səfirliyi önündə insident bu dəfə İordaniyanın paytaxtı Əmmanda qeydə alınıb. Noyabrın 23-də səbəbi bəlli olmayan şəxs İsrail səfirliyi yaxınlığında atəş açması ilə vəziyyət gərginləşib. Əraziyə gələn polis işçiləri ilə şəxs arasında atışma qeydə alınıb.

Hadisə nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Atəş açam şəxsi polis işçiləri zərərsizləşdirdikləri bildirilir.

Məlumat üçün deyək ki,bu tip insidentlər ilk deyil. İsrail-Qəzza müharibəsinin gərginləşdiyi 2023-cü ilin oktyabrından bu tərəfə bənzər hadisələr qeydə alınıb.