MBH: “Hacı Zülfüqar Mikayılzadə dərhal sərbəst buraxılmalıdır”

Hakimiyyətin siyasi maraqları üçün alətə çevirdiyi xalqın mənəvi və dini düşüncəsinə qarşı təxribat planı bu günlər Rusiyada yaşayan Quran hafizi Hacı Zülfüqar Mikayılzadəni də hədəfinə alıb. İlahiyyatçının məntiqsiz ittihamlarla həbs edilərək Azərbaycana gətirilməyə cəhdi bu hakimiyyəti mənəviyyatımıza, ölkənin əqidə insitutlarını davamlı hədəfə almasına növbəti nümunədir.

Birmənalı olaraq bu cəhdi pisləyir və böyük İslam aliminə qarşı hər növ ittihamlara son verməsini hakimiyyətdən tələb edirik. Hakimiyyət Azərbaycanın dini düşüncəsini siyasi maraqlarına alət etməyə son qoymalıdır.

Eyni halda biz, hər bir haqq tərəfdarı olan, milli-mənəvi dəyərləri müdafiə edən şəxsləri Hacı Zülfüqar Mikayılzadəyə dəstək olmağa çağırırıq.

Müsəlman Birliyi Hərəkatı.