Pakistanda silahlı hücum: Çoxlu əsgər həlak olub

Pakistanın Bəlucistan bölgəsində orduya silahlı hücum nəticəsində ən azı 7 əsgərin öldüyü açıqlanıb.

Pakistan polisi şənbə günü silahlı şəxslərin Pakistanın cənub-qərbində nəzarət-buraxılış məntəqəsinə hücum etdiyini açıqlayıb. Hücumda 7 əsgərin öldüyü, 18 əsgərin yaralandığı bildirilib.

Dünən axşam saatlarında Bəlucistan əyalətinin mərkəzi Kvettadan təxminən 150 kilometr cənubda, dağlıq Kalat bölgəsində Şah Mərdan qəsəbəsi yaxınlığında başlayan hücumda Pakistan ordusunun Sərhad Birlikləri hədəf alınıb. Saatlarla davam edən qarşıdurmadan sonra 18 yaralı əsgər bölgədəki xəstəxanalara aparılıb.