Hizbullah İsrailə 100-dən çox raket atıb

Livanın Hizbullah hərəkatı İsrailə təxminən 135 raket atıb.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, “Hizbullah” təşkilatı tərəfindən atılan təxminən 135 mərmi Livanın İsraillə sərhədini keçib.

Nə qədər raketin vurulduğu və nə qədərinin hədəfə çatdığı barədə isə heç bir məlumat verilmir.