Daha 6 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib

Cari ilin 18 sentyabr tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müraciət imkanları barədə məlumat verilib.

 

Unikal.az