Yüz mindən artıq uşaq, körpə, qadının öldürülməsi və yaralanmasını həyata keçirən dünyanın bir nömrəli terrorçu dövlətinin vəhşilikləri artmaqda davam edir. Qəzzada dərman, su ehtiyaclarının qarşısını alıb dünyanın gözü önündə insanlıq öldürən aparteid rejim ötən gün Livanda bir neçəsi azyaşlı olmaqla 10-dan artıq vətəndaşın ölümü, üç mindən artıq şəxsin yaralanması ilə nəticələn terror akti icra edib.
Livanda gətirilən peycerlərə İsrail terrorçularının yerləşdirdiyi parlayıcı qurğuların eyni anda işə düşməsi ötən gün mövcud faciəni həyata keçirib. Bu heç bir kriteriyaya sığmayan ən iyrənc terror addımı, İsrailin dünyada hansı təhlükəli rola malik olduğunun növbəti təzahürüdür.
İsrail artıq sərhəd daşımayan qəddarlığı ilə müxtəlif terrorlara müəllif ikən bu addımları ilə dünyanı təhdid edən bir cinayətkar ünsür olduğunu aşkar sərgiləməkdədir. Bu gün terrorçu sionizmin yırtıcı qəddarlığı durdurulmazsa, sabah bunun bütün bəşəriyyət üçün təhlükəyə çevriləcəyi şübhəsizdir.
Elə buna görə də biz bütün haqq sevən insanları, millətləri və xalqları İsrailə qarşı birlik nümayiş etdirməyə, törətməkdə davam edən cinayətlərinə “DUR!” deməyə çağırırıq.
Eyni halda Livanda İsrailin törətdiyi bu amansız cinayəti məhkum edir, hadisədə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Müsəlman Birliyi Hərəkat.
MBH İsrailin Livanda törətdiyi terroru qınadı