Ölkənin sərt hərbi idarəçilik mühitinə çevrilən durumu bütün hüquq və azadlıqların boğulması ilə nəticələnib. Artıq nəinki daxili, hətta xarici aləmdə belə Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bütün kriteriyalarda enərək ölkəni bir diktatur mühitinə çevirib.
İnanclılar, media işçiləri, hüquq müdafiəçiləri, siyasətçilər, bloggerlər daxil hakimiyyətin əmrinə müti olmayan istənilən sahə cəza məngənəsinin sərt işgəncələri ilə üzləşir. Hakimiyyət bununla məcburi idarəetməni icra edərkən razilaşmayanları daha ağır şərtlər altında cəzalandırır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı başladılan məzhəkə də haqq səsin susdurulması əleyhinə rejimin növbəti addımıdır. Azərbaycanın Azadlıq hərəkatının mübariz simalarından və yorulmaz iradəsi ilə xalqın parlaq gələcəyi üçün tam gücü ilə çalışan Əli bəyin gülünc ittihamlarla hədəfə alınması bu hakimiyyətin növbəti dəfə siyasətinin fiyaskoya uğraması deməkdir.
Şübhəsiz, bütün bu kimi hallar siyasi tənəzzül yaşayan bir idarəçiliyin mümkün nəticəsidir və birmənalı olaraq məhkum ediləndir. Biz Əli Kərimliyə qarşı hakimiyyət tərəfindən qurulan bu oyuna tezliklə son verməyi, ölkədə bütün siyasi təzyiqləri dayandırmağı Əliyev hakimiyyətindən tələb edirik.
Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəssisəsi
14 avqust 2024-cü il.
Tale Bağırzadə: “Əli Kərimliyə qarşı ittiham rejimin siyasətdə növbəti məğlubiyyətidir”