İsrail Azərbaycanda əsgərinin olduğunu iddia, Azərbaycan isə rədd edir

İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayaraq, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsinə səfər etmiş İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq əmr olunub.
Qeyd edilən məlumat İsrailin Azərbaycanda hərbçilərinin olduğu iddiasını təsdiqləmiş olur. Eyni halda bu, zamanla İranın da iddia etdiyi Azərbaycanda İsrail əsgərlərinin olduğu fikrinin həqiqət olduğunu söyləməyə əsas verir.
İranın iddiası zamanı da bu xəbər təkzib edildiyi kimi, təzəcə İsrail mediasından yayılan xəbərdarlıq da Azərbaycan hakimiyyəti tərəfindən təkzib olundu. Medianın İnkişafı Agentliyi açıqlamasında qeyd olunan xəbəri dezinformasiya adlandırdı.
Qəribə burasındadır ki, İranın iddiasını yalanlamaqla İsrail haqqında üçüncü, həm də düşmən ölkənin xəbərinin yanlış, dezinformasiya olması fikri müəyyən qədər inandırıcı görünə bilərdi. Lakin görəsən, İsrailin Azərbaycan haqqında belə bir xəbəri rəsmi dövlət kanalından öz əsgərlərinin Azərbaycanda mövcudluğunu təsdiqləməsi hansı marağa xidmət edə bilər ki?
Bunu İrana, Azərbaycanda İsrail əsgərlərinin mövcud olması kimi güc nümayişi olaraq etdiyi düşünülərsə, belə olan halda İsrail Azərbaycanı İranın hədəfinə qoymuş olmurmu?
 
 
- Təhlil_Tənqid_tv