QARABAĞDA YA HÜSEYN DEYƏNDƏ QƏHRAMAN, BAKIDA YA HÜSEYN DEYƏNDƏ AGENT OLURUQ?

2020-ci il Sentyabırın 29 da könüllü olaraq Vətən müharibəsinə yollandım ilk olaraq Goranboy rayonunda 3 günlük təlimdən sonra bizi Fizuliyə ordanda Zəngilana apardılar bizim tabor 14 kəndi azad etdikdən sonra Qafanla sərhəddə çatdı təbbiki 14 kəndi azad edən zaman 33 nəfərlik bizim bölük 10 günə yaxın mühasirədə qaldı bizə köməyə gələn kəşfiyyat bölüyü Şəhid verib geri çəkildi tank bölüyü zərər görərək geri çəkildi o zaman rabitə vasitəsi ilə bizim bölüyə geri çəkilin deyilsədə bu Vətən bizimdi ölərik geri çəkilmərik deyirdik və bu mühasirə zamanı mərmi yağışının altında qalan günlərdə və Zəngilandan sonra Qubadlı istiqamətində olan döyüş günlərində də bölük,tabor və hərbi hissə komandiri mənə Aslanov uşaqlara İmam Hüseyndən Şəhidlikdən danış əhval ruhiyyələri yüksək olsun deyərdilər,hər ayaq basdığımız kəndlərdə Aslanov Azan ver ruhumuz rahatlasın deyərdilər.
Mən hər dəfə imam Hüseyndən danışıb,hər çətin anda Ləbbeykə Ya Hüseyn deyib irəlidə gedəndə,hər namaz vaxtı azan verəndə komandirlər nə yaxşı ki varsan Aslanov deyərdilər.
Və vaxt gəldi müharibə bitdi və evə gəldim üstündən 3 il keçməmiş Qarabağda Ya Hüseyn deyib irəlidə gedən, komandiri tərəfindən Aslanım adlandırılan bu Aslanovu həps etdilər. Bir vaxt Vətən üçün əlinə silah alanı sonra dini üçün o əlinə qandal vuraraq narkaman kimi həps atdılar,qandal vurmaqları az deyilmiş kimi agentdə adlandırdılar.
Halbuki o narkaman,agent dedikləri bu oğlan 29 günlük körpəsini evdə qoyub könüllü döyüşə getmişdi.
Çox qəribədir Qarabağda Ləbbeykə Ya Hüseyn deyəndə mənə 3 medal verdilər gəlib Bakıda Ləbbeykə Ya Hüseyn deyəndə isə 1 il 3 ay həps verdilər.Bəs Qarabağ Azərbaycandırsa Bakı haradır?
Necə olur Qarabağda Ya Hüseyn deyəndə Qəhrəman Bakıda Ya Hüseyn deyəndə agent oluruq?
Bizlər səhf məruzələrin qurbanlarıyıq.
 
 
Alik Aslanov
II Qarabağ Müharibəsi Qazisi