Bəşər Əsəd Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Reuters xəbər verir ki, Kreml görüşün dünən baş tutduğunu açıqlayıb.

Görüş zamanı Putin Əsədə deyib: “Bütövlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz məni çox maraqlandırır”.

Rusiya lideri “Təəssüf ki, gərginliyin artması tendensiyası var, biz bunu görürük. Bu, birbaşa Suriyaya aiddir" deyib.

Əsəd rus tərcüməçi vasitəsilə danışıb və Putinə deyib:

“Bu gün bütün dünyada və Avrasiya regionunda baş verən bütün hadisələri nəzərə alsaq, bugünkü görüşümüz bu hadisələrin inkişafının bütün təfərrüatlarını müzakirə etmək, mümkün imkanları və ssenariləri müzakirə etmək üçün çox vacib görünür”.

Görüş Türkiyə-Suriya münasibətlərinin normallaşmasının yenidən gündəmə gəldiyi bir vaxtda baş tutub.

Kremlin sözçüsü Dmitri Peskov ötən gün verdiyi açıqlamada, "Rusiya Türkiyə ilə Suriya arasındakı münasibətlərin düzəldiyini görmək istəyir" deyib.