İkinci Bundesliqa klubundan “Qalatasaray”a 5 qol

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qalatasaray” növbəti yoxlama oyununu keçirib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İstanbul klubu ikinci Bundesliqa təmsilçisi “Dusseldorf”la qarşılaşıb. 

Avstriyada keçirilən matç Okan Burukun komandasının məğlubiyyəti ilə başa çatıb. 

“Dusseldorf” - “Qalatasaray” - 5:2
Qollar: Emmanuel İyoha, 22 (1:0), Jona Nemeç, 25 (2:0), Kərəm Demirbay, 35 (2:1), Dries Mertens, 59 (2:2), Danni Şmidt, 64 (3:2), Matias Zimmermann, 73 (4:2), Kərim Affo, 83 (5:2)

Qeyd edək ki, “Qalatasaray” əvvəlki yoxlama görüşündə Avstriyanın LASK klubuna 2:3 hesabı ilə uduzub.