İsrail Livanın cənubundakı hədəflərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı “Hizbullah”a aid hərbi obyektlərinə hücum edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu “Telegram” kanalında məlumat yayıb.

Zərbələr Livanın cənubundakı Ramya, Cibbayna, Tayr Harfa və Kfarqela bölgələrindəki hərbi obyektlər və müşahidə məntəqələrini hədəf alıb.