Bu məqamın qeydi ilə mövzunun davamına varmaq bir məsələnin incələnməsi ətrafında dolaşır. Dövlət və xalq birliyi pafoslu çıxışların fonunda yalnız bir dəfə son illərin təcrübəsində aydın təzahür edib. Bu da 44 günlük İkinci Qarabağ müharibəsi zamanında idi. Haqlı olaraq o dövrdə bu birliyini müşahidəsi doğurdan da qürurverici idi. Hamı, hər kəs və hər şey cəbhə üçün bir ürək idi.
Xalqın həyəcanı şəhid dəfnində göstərdikləri sevgi nümunəsi ilə bitmirdi, tikəsini belə öz boğazından kəsərək Azərbaycan əsgəri ilə paylaşan bu xalq doğurdan möhtəşəmdir.
Bu, bizdə birlik və özünə güvənə yol açan, bir xalq olaraq kimsənin yanında olamadan ayaqda və güclü dövlət kimi Qafqazdan dünyaya öz diktəsini edən bir sima yaratma ərəfəsində yenə eyni mexanizm və eyni təsir gücü işə düşdü.
“Bu müharibənin əsas tərəfi Rusiyadır. Onun razılığı, bizim üçün yandırdığı yaşıl işıq qələbə addımımız oldu. Əgər Rusiya icazə verməsəydi qələbə çalmaqmı olardı? Yanımızda olan və dost, qardaş dövlətin dəstəyi bu gün işğalda olan torpaqların qayıtma səbəbi idi.”
Mövzunu və deyilən şüarları bu və sair başqa formada genişləndirmək olar. Heç şübhə yoxdur ki, bunu az sayda azərbaycanlı tapmaq olar ki, eşitməmiş olsun. Ardı olaraq möhkəmlədən rusiya bayraqlarının bayram yürüşlərində dalğalanması susqun təsdiq əlaməti hesab oluna bilərdi.
“Türkiyə bizimlədir. Neçə-neçə F16-larını döyüş üçün Azərbaycana gətirib. Hava limanında hətta beşini özüm görmüşəm. Əsgərlərin içində onlarla birlikdə döyüşən türk əsgərləri çoxdur.”
Bu sətirlər də tanışdır. Hətta bu kimi bir çox fikirlər günümüzə qədər geniş danışılan, müzakirə olunan fikirlər sırasındadır. Azərbaycan hərbçisinin bir qolunda Azərbaycan bayrağı, digər qoluna Türkiyə bayrağı vurması da deyilənlərə isbat sayılırdı. Az qala Azərbaycan bayraqları qədər Türkiyə bayrağının yer aldığı ortam “onlar olmasaydı qələbənin düşünülməsi belə mümkünsüz idi” fikirinin əsaslanma amili olaraq görülürdü.
“İsraildən alınan silahlar bu qələbə üçün hər şey idi. Yəhudilərin texnalogiyası 30 illik bir zamanı aşmaq yardımçımız və torpaqları az itki ilə qaytarmaq üçün bizə böyük yardımı oldu. Yəhudi qardaşlarımız yanımızda idi və bundan sonra da Azərbaycanın həmişə yanında olacaqlar”
Bu mövzudada bir çox deyilməyən cümlələr yəqin ki, qalıb. Lakin deyilənlərdən bunu söyləmək yetərlidir ki, güclərin qorxduğu xalq və dövlət birliyi düşüncəsi həmişə kənar qüdrətlərin əli ilə əvəzlənərək inam və müstəqil mövqeyə çevrilməsi ortadan qaldırılır.
Bir çoxları müharibənin Azərbaycan əsgərinin və xalqın inam gücünə alınan torpaqlara sahib olmasını deyil, kənar təsirlərin baxışında axtarmağa üstünlük verdi. Hərçənd ki, hər üç adı çəkilən dövlətin rəsmi və qeyri-rəsmi Azərbaycanda maraqlarını göstərən rəqəmlər bu məsələdə daha çox söz söyləyə bilərdi. Lakin alışdığımız və alışdırıldığımız kiminsə dəstək layihəsi bizə hadisəni yalnız o tərəfdən görmə rahatlığı verdi.
Əks halda biz sayı səksənə çatan özünü yandıran qazilərin acı durumuna seyirçi olmazdıq. Biz müharibənin əsas qaliblərinin kənar güclərin təsirində gördüyümüzdən bu məsələdə də ikincilər barəsində düşünürmüş kimi onlar barəsində yalnız deyilənlər qədər qərar verdik.
Son illərdə ilk dəfə xalq və dövlət birliyinə yaranan zəmin əlavə təsirlərin gücləndirilməsi nəticəsində tamlıq həddinə qədər yüksələ bilmədi. Bunun bir çox səbəbləri düşüncə sahiblərinə daha çox söz söyləyə bilər.
Müstəqillik düşüncəsinin həqiqəti 3-cü hissə