İraq Futbol Liqası açılışda Quran ayələrinin təqdimatı ilə stadionu riqqətə gətirib

 İraq Futbol Liqasında Ərbil və Zaho komandalarının oyunu xüsusi Quran təqdimatı ilə başlayıb. Bu aksiya İsveçdə Qurani-Kərimin yandırılmasına cavab olaraq Qurani-Kərimə dəstək kampaniyası çərçivəsində həyata keçirilib.

Matç başlamazdan əvvəl bu komandaların tərəfdarları “Franso Hariri Stadium”da bir dəqiqəyə yaxın sükutla dayanıb, Quran ayələrini dinləyib və “Konstitusiyamız Qurandır” yazılmış plakatlar daşıyıblar.  Stadionun ekranında Qurani-Kərimin şəkli və yanında “Konstitusiyamız Qurandır” ifadəsi var idi. Bu aksiya Qurban bayramında Qurana hörmətsizliyi pisləmək üçün atılıb.

Cümə axşamı Ərbil klubu rəsmi Facebook səhifəsində Quranın stadionun böyük ekranında nümayiş etdirildiyi anın fotolarını yerləşdirərək deyib: “Bütün stadion Quranı dinləmək üçün bir dəqiqə ayağa qalxdı və sükutla Quran dinlənilib.”

Ötən cümə günü İraq polisi ilə əl-Qasim komandaları arasında keçirilən oyunda futbolçular və hakimlər əllərində Quranla meydana çıxıb, azarkeşlər pankart açıb Qurana dəstəklərini bəyan ediblər.