MBH İsveçdə Quranın təhqir edilməsini qınadı: "Müsəlmanlar birlik nümayiş etdirməlidir"

 

İsveçdə Qurana qarşı növbəti dəfə baş verən vandallıq aktı Qərbin bir daha İslam və bu dinin müqəddəs dəyərlərinə qarşı dözümsüzlüyünə bariz nümunədir. Multikultral dəyərləri zorla İslam ölkələrinə sırımağa çalışan Qərbin siyasəti öz maraqları rakursundan olarsa demokratiya, İslam dünyasının təqdimatında xaus və özbaşnalıq kimi qiymətləndirilir. Elə buna görə də Qərb İslama qarşı iyrənc davranışını demokratiya adlandıraraq bunu insan haqlarına ehtiram kimi təqdim edir. Sankı qarşı tərəfin milyard yarımdan artıq İslam inanclısının müqəddəs kitabını ayaqlamaq onların inancına təhqir və haqlarını aşağılamaq deyil.
Bütün bu halların təkrarlanması müsəlmanların anti-İslam mövqeyində olan ölkələrlə münasibətlərdə daha sərt mövqedə olmalarına bir çağırışdır. Dünya müsəlman dövlətləri İsveçlə tam əlqələrini kəsməli, bununla da bütün dünyaya, yaradılan cəzasızlıq mühitinə sərt reaksiya verəcəklərini nümayiş etdirməlidirlər.
Azərbaycanın onlarca ölkənin etiraza qalxdığı Quranın təhqirinə susqunluğu isə bir müsəlman xalqı olaraq hər bir azərbaycanlını narahat edir. Bu ilin əvvəlində Danimarkada Quran təhqir olunan zaman bu addımı qınayan Azərbaycan dövləti İsrail rəhbərliyinin Azərbaycana səfərindən sonra buna olduqca susqun yanaşmağı məqbul bilir. Lakin müqəddəs kitabımız Qurana qarşı İsveçdə baş verən bu qeyri insani addımı hər bir azərbaycanlı olaraq biz, Müsəlman Birliyi Hərəkatı qınayırıq. Hiddətlə bu addımları atan hər bir caninin cəzalanmasını tələb edirik.  

Müsəlman Birliyi Hərəkatı.