Qətərdə futbol azərkeşlərinin qaldığı “İdmancılar kəndi” yaxınlığında güclü yanğın baş verib

 Qətərdə futbol azərkeşləri üçün nəzərdə tutulmuş "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün Qətərin Lusail şəhərinin Qatifan adasında salınmış "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib və Qətərin aidiyyatı qurumları bölgəyə yanğının söndürülməsi üçün qüvvə ezam ediblər.

Qətər mənbələri yanğının qarşısının alındığını, xoşbəxtlikdən yerli kadrlar və azərkeşlərdən kimsənin xəsarət almadığını bildiriblər.