Aksiyalardakı zorakılıq Vaşinqtonda müzakirəyə çıxarılıb

Azərbaycandakı son vəziyyət bu gün Vaşinqtonda müzakirəyə çıxarılacaq.
 
Bu barədə Toplum.TV-yə Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.
 
O bildirib ki, oktyabrın 31-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Milli Mətbuat Mərkəzində Azərbaycanla bağlı mətbuat konfransı keçiriləcək.
 
"The National Press Club”un yaydığı məlumatda isə deyilir ki, "And” Hərəkatı Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycandakı müxalifət partiyalarını və fəalları, Qadın Media Azərbaycan təşkilatını Azərbaycanda insan hüquqlarının hazırkı durumuna həsr olunmuş panel müzakirələrinə dəvət edib.
 
Konfransda 19-20 oktyabrda edilən aksiyalarda hökumətin münasibəti, polis zorakılığı və insan haqları və 2 noyabrda baş tutacaq mitinq müzakirə olunacaq.
 
Konfransda Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, "Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson və ABŞ-da yaşayan azərbaycanlı jurnalist Sevinc Osmanqızı çıxış edəcək. 
 
Tədbirin moderatoru Vaşinqtonda yaşayan jurnalist və ABŞ "Amnistiya İnternational” təşkilatının Azərbaycan üzrə mütəxəssisi Ələkbər Raufoğlu olacaq.