Pakistan səfiri: "Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik"

"Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.
 
Xəbərdə deyilir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.
 
"Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib.
 
O, Ermənistanı tanımayan yeganə dövlət olduqlarını da xatırladıb: "Bildiyiniz kimi, Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.