Tramp Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Senatın Respublika Partiyasının üzvləri ilə görüşüb.
 
Bu barədə "Report” məlumat yayıb. 
 
Məlumata görə, görüş təqribən 90 dəqiqə davam edib.
 
Söhbət zamanı görüş iştirakçıları Rusiyadan S-400 zenit-raket sistemləri alması səbəbindən Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə ediblər.