AND (Azərbaycan Naminə Demokratiya) Hərəkatının üzvü, Avropadan yayımlanan "Turan" TV-nin əməkdaşı Vüqar Niftiyev iyunun 11-də Almaniyada deportasiya məqsədilə saxlanılıb.
Bu barədə AND Hərəkatının bəyanatında deyilir.
AND Hərəkatı onun Azərbaycanda həbs edilmə, işgəncələrə məruz qalma ehtimalının yüksək olduğunu nəzərə alaraq dərhal bütün imkanlarını səfərbər edib.
Gün ərzində "Sərhədsiz Repartyorlar" təşkilatı, Almaniya Xarici İşlər Nazirliyi, bu ölkənin federal polisi ilə əlaqə yaradılıb.
Almaniya dövlət qurumlarının diqqətinə çatdırılıb ki, Vüqar Niftiyevin Azərbaycana deportasiyası beynəlxalq humanitar və siyasi qalmaqala səbəb ola bilər. Bundan əlavə, AND fəalları və digər siyasi mühacirlər Düsseldorf aeroportunda etiraz aksiyası keçiriblər. Bu səylər nəticə verib. Son anda Vüqar Niftiyev təyyarədən düşürülüb və sərbəst buraxılıb. Deportasiya təxirə salınıb.
AND Düsseldorf aeroportunda etiraz aksiyasının iştirakçılarına minnətdarlıq edir və Azərbaycan hakimiyyətini siyasi mühacirlərə və ölkə daxilində müxalifətçilərə təqiblərə son qoyulmasına çağırır.
AND Hərəkatı Strasburqda yerləşir. Ona "Azadlıq" qəzetinin baş redaktoru və "Turan"TV-nin rəhbəri Qənimət Zahid rəhbərlik edir.
Amerikaninsesi.org
AND Hərəkatı üzvünün deportasiyası təxirə salınıb
Oxşar xəbərlər