Pentaqon hesabat, “Amnesty İnternational” açıqlama yaydı

ABŞ ordusu 2018-ci ildə 4 ölkədə 120 mülki şəxsin ölümünə, 65 nəfərin yaralanmasına səbəb olduğuna dair hesabat yayımlayıb
 
Pentaqonun yaydığı hesabatda İraq, Suriya, Əfqanıstan və Somalidə keçirilən hərbi əməliyyatlar nəticəsində həyatını itirmiş mülki şəxslərin sayı insan haqları təşkilatlarının hesabatlarındakı rəqəmlər ilə uyğun gəlməyib.
 
Hesabata görə, 2018-ci il Əfqanıstanda 76, İraq və Suriyada 42, Somalidə 2 nəfər mülki şəxsin öldüyü qeyd olunub. Bundan başqa, hesabatda Liviya və Yəməndə hərbi əməliyyatlar nəticəsində mülki şəxslərə ziyan dəymədiyi də yer alıb.
 
"Amnesty İnternational” təşkilatı Pentaqonun hazırladığı hesabat haqqında açıqlama yayıb.
 
Açıqlamada deyilir: "Təəssüflər olsun ki, ABŞ Müdafiə Nazirliyi hələ də hərbi əməliyyatlar nəticəsində ölən şəxslərin sayını əksik göstərir”.
 
2018-ci ilin fevral ayında BMT Əfqanıstan Yardım Komissiyasının yayımladığı hesabatda ABŞ ordusunun Əfqanıstanda keçirtdiyi hava hücumları nəticəsində 140 nəfərin həyatını itirdiyini qeyd olunub. 
 
Həmin ildə Əfqanıstan ordusu ilə müttəfiqlərinin birgə yürütdüyü əməliyyatlar nəticəsində ümumilikdə 185 nəfər mülki şəxsin həyatını itirdiyi bildirilir.
 
"Amnesty İnternational” təşkilatı və "Airwars” adlı qrupun birgə araşdırması nəticəsində ABŞ ordusu tərəfindən 2017-ci ildə təkcə Suriyanın Rakka şəhərinə təşkil olunan hava hücumu nəticəsində 600 mülki şəxsin həyatını itirdiyi aşkarlanıb.
 
Toplum Tv