Göygöl rayonunda ağır yol qəzası baş verib

Qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 
 
Onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir. 
 
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
 
Report.az