İndoneziyanın paytaxtı dəyişəcək

İndoneziya prezidenti Coko Vidodo paytaxtı dəyişmək qərarına gəlib. Bu barədə ölkənin Planlaşdırma Nazirliyinə istinadən "Reuters" məlumat yayıb.

Hazırda ölkənin paytaxtı Cakarta şəhəridir. Şəhər Yava adasının şimal-qərb sahillərində yerləşir.
 
"Prezident paytaxtı Yava adasından kənara dəyişmək qərarına gəlib və bu, mühüm qərardır",- deyə nazir bildirib.
 
Nazir əlavə edib ki, İndoneziya Administrasiyası hələlik yeni paytaxtı müəyyənləşdirməyib.. Onun sözlərinə görə, paytaxtın köçürülməsi 10 ilə qədər uzana bilər.