PKK terror təşkilatının 40-dan çox tərəfdarı Fransanın Strasburq şəhərində Avropa Şurasının binasına hücum ediblər.
“Euronews”a istinadən xəbər verilir ki, onlar binaya daxil olduqdan sonra şüşələri sındırıblar və ətrafa maddi ziyan vurublar.
PKK tərəfdarları təşkilatın lideri Abdullah Öcalanın sərbəst buraxılmasını tələb ediblər.
Mühafizəçilərin müdaxiləsi nəticəsində qısamüddətli çaxnaşma düşüb. Əraziyə polislər cəlb edilib və 43 nəfər saxlanılaraq polis idarəsinə aparılıb.
Qeyd edək ki, ötən ildən bəri Avropa Şurasının binası 3 dəfə hücuma məruz qalıb.
PKK tərəfdarları Avropa Şurasının binasına hücum ediblər

Oxşar xəbərlər