Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev fevralın 5-də Daxili işlər Nazirliyinə çağırılıb.
Bu barədə hüquq müdafiəçisi öz "Facebook" səhifəsində yazıb.
"Bu gün Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin çağırışı ilə adı çəkilən nazirlikdə oldum. Mənimlə nazirliyin məsul şəxsləri görüşdü. Hazırladığımız son sənədlərdə, yazılarda əks olunmuş işgəncə halları ilə bağlı söhbətimiz oldu. Həbs yerlərində işgəncə hallarının mövcudluğu ilə bağlı qeydlərimi diqqətlərinə çatdırdım və bu kimi halların yolverilməz olduğunu, son qoyulmasının vacibliyini bildirdim. Fəaliyyətimi və yazılarımı izlədiklərini bildirərək mənə xəbərdarlıq etdilər. Mən də məni oxuduqlarına və izlədiklərinə görə onlara təşəkkür etdim,” Gülalıyev qeyd edib.
SMMM bu yaxınlarda işgəncələrlə bağlı hesabatını dərc edib.
Həbs yerlərində işgəncə hallarının mövcudluğu ilə bağlı qeydlərimi diqqətlərinə çatdırdım və bu kimi halların yol verilməz olduğunu, son qoyulmasının vacibliyini bildirdim. Fəaliyyətimi və yazılarımı izlədiklərini bildirərək mənə xəbərdarlıq etdilər.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Bundan başqa, dünən Gülalıyev hüquq müdafiəçilərinin 2018-ci il iyulun 25-də güc qurumlarının Gəncə hadisələri ilə əlaqədar keçirdikləri xüsusi əməliyyat zamanı öldürülmüş Ağa Sərxaninin həyat yoldaşı ilə görüşü haqqında post dərc edib. Sərxaninin cəsədi yeddi aydır ki, ailəsinə verilmir.
O.Gülalıyev qeyd edib ki, iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyeva qəsd zamanı Sərxani ümumiyyətlə Azərbaycanda olmayıb, baxmayaraq ki, hüquq-mühafizə orqanları onu sui-qəsdin təşkilində və onda iştirakda şübhəli bilib.
O.Gülalıyev öldürülən şəxsin həyat yoldaşına istinadla qeyd edib ki, Sərxani, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin məlumatında iddia olunduğuna baxmayaraq, heç vaxt Suriyada olmayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, ərinin cəsədinin təhvil verilməsinə nail olmağa çalışan Sərxaninin həyat yoldaşına ondan imtina etməsi üçün təzyiq göstərilib. Amma o, nəinki imtina etməyib, əksinə, həyat yoldaşının ölümünün hal və şərtlərinin araşdırılmasını tələb edib.
O.Gülalıyev qeyd edib ki, Sərxani məhkəmə qərarı və dəlil olmadan öldürülüb və cəmiyyət buna biganə qalmamalıdır.
O, Sərxaninin cəsədinin ailəsinə təhvil verilməsini və onun ölümündə təqsirli olanların cəzalandırılmasını tələb edib.
Hüquq müdafiəçisinə xəbərdarlıq edilib
Oxşar xəbərlər