Niyaməddin Əhmədov aclığı dayandırıb

Siyasi məhbus Niyaməddin Əhmədov 14 sürən aclığını bu gün, martın 27 də dayandırıb. Niyaməddin Əhmədov aclığını partiya yoldaşlarının və ailə üzvlərinin xahişini nəzərə alaraq dayandırıb. Bu sözləri o, cəza çəkdiyi 12 saylı müəssisəsində atası Arif Əhmədov ilə görüşü zamanı, bu gün söyləyib.
Xatırladaq ki, martın 26-da vəkil Fəxrəddin Mehdiyev 12 saylı Cəzaçəkmə Müəssəsində müvəkkili Niyaməddin Əhmədovla görüşdü. Vəkil partiya rəhbərliyinin və ailə üzvlərinin aclığı dayandırmaq barədə xahişlərini də görüş zamanı ona çatdırmışdı. Niyaməddin Əhmədov isə bu haqda yaxın zamanda zəng edib öz qərarını açıqlanacağını demişdi.
 
 
 
Bütün reaksiyalar