Nigeriyada terror aktı törədilib: 16 ölü

İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatının Nigeriyanın Borno əyalətində həyata keçirdiyi hücumda 16 dinc sakin həlak olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, İŞİD-in Qərbi Afrika ISWAP terror təşkilatı Nigeriyanın Borno əyalətinin Abadam bölgəsində hücum həyata keçirib.

Hücum nəticəsində 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Nigeriyada "Boko Haram" terror təşkilatının qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra Boko Haramın sözçüsü olub.

2016-cı ildə Boko Haram daxilində başlayan liderlik böhranı təşkilatın Barnawi və Əbu Bəkr Şekau arasında parçalanmasına səbəb olub.

Şekau Boko Haram-a rəhbərlik edərkən Barnavi İŞİD-lə əməkdaşlıq edərək ISWAP yaradaraq öz hərəkətlərini davam etdirib.