Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində mədrəsədə baş verən yanğın nəticəsində azı 17 tələbə ölüb.
Hadisə əyalətin Kaura-Namoda bölgəsində dini elmlərin tədris olunduğu Makaranta Mallam Qali mədrəsəsində baş verib.
Ölkə mətbuatının məlumatına görə, gecə saatlarında tələbələr yatarkən mədrəsədə naməlum səbəbdən yanğın baş verib.
Kaura-Namoda yerli hökumət ərazisinin sədri Mannir Muazu Haidara bildirib ki, yanğın nəticəsində azı 17 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yanğın üç saatdan çox davam etib və yerli məktəb rəsmiləri əvvəlcə bütün şagirdləri təxliyə etdiklərini düşünüblər. Lakin yanğın söndürüldükdən sonra şagirdlərin heç də hamısının təxliyə olunmadığı müəyyən edilib.
Yerli Kanallar Televiziyasına danışan sakin Abdulrasaq Bello Kaura, içəridə heç kimin qalmadığını düşündüklərini, lakin yanğından sonra geri qayıdanda qurbanları tapdıqlarını söyləyib.
Məlumata görə, yanğın məktəb ərazisində saxlanılan çubuq yığınının naməlum şəxs tərəfindən təsadüfən yandırılması nəticəsində baş verib. İstintaq davam edir.
Nigeriyada mədrəsə yanğını: 17 ölü