Nəcəfin mərkəzində Qədir Xum münasibətilə bayraq ucaldıldı

Operativtv.com Az.shafaqna.com- istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərinin mərkəzində Qədir Xum bayramı münasibətilə, Peyğəmbərimizin (ə) İmam Əli (ə) haqqında buyurduğu “Əli (ə) haqq, haqq Əli (ə) ilədir…” hədisi həkk olunmuş bayraq qaldırılıb.

Bayrağın asılması mərasimində İmam Əli (ə) ziyarətgah kompleksinin idarə heyətinin üzvü Həsən Əl Cəbəri, Nəcəfin din xadimləri, polislər, hərbiçilər və vətəndaşlar iştirak ediblər.