Müsəlman ölkə başçıları Qəzzaya görə məsuliyyət daşıyacaqlar

İsrail Fələstin torpaqlarında qan tökməyə davam edərkən, Mehmet Görmez Qəzzada qətlə yetirilən günahsız insanların hesabını müsəlman ölkələrinin rəhbərlərinin verəcəklərini söyləyib.

Keçmiş Türkiyə Diyanət İşləri Başçısı Mehmet Görmez İsrailin soyqırımı ilə bağlı çıxışında zülmə qarışmayan müsəlman ölkələrinin hökmdarlarına dərs olan sözlər söyləyib.

Görmez çıxışında “Qəzzada öldürülən hər bir günahsız şəxs üçün təkcə İsrail deyil, bütün müsəlman ölkə rəhbərləri cavab verəcək” deyib. “Əsl siyasi bəhanələr heç bir idarəçini qiyamətin böyük mühakiməsindən xilas etməyəcək” ifadələrindən istifadə edərək fikirini tamamlayıb.