Mühacirətdə olan ruhanilər bəyanat yaydı

Biz Musanı möcüzələrimizlə göndərib( ona): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbr və şükür edənlər üçün dəlillər vardır."

İbrahim surəsi, 5-ci ayə

Şəhid Süleymanin şəhadətində "Eynül-Əsəd" bazası vuruldu. O həmin gün idi ki, Amerikanın heybəti Əli (ə) övladlarının əli ilə sındırıldı. İslam inqilabının rəhbəri cümə xütbəsində bildirdi ki, bu Əyyamullahdır. 
Əyyamullah "Allahın günləri" mənasını özündə ehtiva edir. 

Amerikaya 2-ci dünya müharibəsindən sonra heç bir qüvvə bu zərbəni endirə bilməmişdi. İlk dəfə İran İslam Respublikası bu gücün onda olduğunu bütün dünyaya sübut etdi. Məhz buna görə də tarixi gün sayılan İranın İsrailə amansız hücum etdiyi gün də "Əyyamullah"dan hesab edilir. 

Bu gün Qəzzada baş verənlər bizə Qarabağda, xüsusilə Xocalıda xalqa edilən zülmləri xatırladır. Ona görə də Ötən gün Sionist rejiminə olunan hücum biz Azərbaycan xalqının da sevincinə səbəb olmuşdur. 

Müsəlman ölkələri dünya diktatorlarından ehtiyat edib Fələstin məsələsində mövqe ortaya qoya bilməmişdilər. Təbii ki "Ənsarullah", "Hizbullah" və digərləri bir təşkilat olaraq hər zaman uşaq qatili İsraillə mübarizə aparmışdır. Amma bütün haqq tərəfdarları gözləyirdilər ki, bir ölkə bu zülmə əməli formada öz etirazını bildirsin. Bu müqəddəs işi isə İran İslam Respublikası reallaşdırdı. 

 

 - Mühacirətdə olan Ruhanilər
15. 
04. 2024

https://t.me/Tehlil_Tenqid_tv